atatv.az
atatv.az

Zakir Həsənov vəzifəli şəxslərə konkret tapşırıqlar verdi

29-09-2018, 14:30

Zakir Həsənov vəzifəli şəxslərə konkret tapşırıqlar verdi

Sentyabrın 29-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Ordusunun rəhbərliyi, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirlərinin və digər məsul zabitlərin cəlb olunması ilə geniş tərkibdə xidməti müşavirə keçirib.

MN-dən verilən məlumata görə,Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdıran Müdafiə naziri qoşunların təmas xəttində yaranmış son vəziyyətin təhlilini apararaq əsas diqqəti döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili, şəxsi heyətin təhlükəsizliyini maksimal təmin etmək məqsədilə xüsusi texniki vasitələrdən geniş istifadə edilməsi, eləcə də qış mövsümünə hazırlığın sona çatdırılması, dağlıq ərazilərin xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş və maddi-texniki təminatının həyata keçirilməsi ilə əlaqədar göstərişlər verib.

Müşavirə zamanı general-polkovnik Z.Həsənov gənc əsgərlərlə işin təşkili, fərdi və tərbiyə işinin səmərəliliyinin artırılması, trenajorlarda və təlim mərkəzlərində keçirilən nəzəri məşğələlərin intensivləşdirilməsi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının fəaliyyətlərinin təhlili və müxtəlif peşələr üzrə yarışların keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930