atatv.az
atatv.az

Azərbaycan çempionatında ilk dəfə bu ölkənin futbolçusu oynayacaq

1-10-2018, 11:30

Azərbaycan çempionatında ilk dəfə bu ölkənin futbolçusu oynayacaq

“Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib.

Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi Diallo Quidileylə cari mövsümün sonuna qədər müqavilə bağlayıb.

29 yaşlı dayaq yarımmüdafiəçisi Mavritaniya yığmasının üzvüdür.

“Keşlə”yə azad agent kimi keçən futbolçunun son iş yeri Türkiyənin “Gənclərbirliyi” klubu olub. Fransa vətəndaşlığı da olan və Fransanın 20 yaşadək millisində çıxış etmiş Diallo Quidiley karyerası ərzində bu ölkənin “Trua”, “Brest”, “Şatoru”, “Nansi” klublarında, eləcə də, Kiprin AEL komandasında çıxış edib.

Qeyd edək ki, indiyədək Azərbaycan Premyer Liqasında Afrikanın ərəbdilli ölkələrindən olan Mavritaniyadan futbolçu çıxış etməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930