atatv.az
atatv.az

Yerevanda Rusiya-Ermənistan birgə hərbi təlimləri başladı

1-10-2018, 12:00

Yerevanda Rusiya-Ermənistan birgə hərbi təlimləri başladı

Ermənistanın Bəhrəmyan poliqonunda Rusiyanın bu ölkədəki hərbi bazasının və Ermənistan silahlı qüvvələrinin batalyon taktiki qruplarının iştirakı ilə ikitərəfli batalyon taktiki təlimlərinə start verilib.

Atatv.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib.

Onun sözlərinə görə, təlimlər zamanı motoatıcı bölmələrin komandirləri aviasiyanın və digər növ bölmələrin dəstəyi ilə şərti düşmənin axtarışı, mühasirəyə alınması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.

Təlimlərə iki ölkənin 1000-dən çox hərbçisi, təxminən, 200 ədəd xüsusi hərbi texnika cəlb edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930