atatv.az
atatv.az

Rusiya və Ermənistan genişmiqyaslı təlimlərə başladı

1-10-2018, 14:30

Rusiya və Ermənistan genişmiqyaslı təlimlərə başladı

Ermənistanın Baqramyan poliqonunda Rusiyanın bu ölkədəki və Ermənistan silahlı qüvvələrinin batalyon taktiki qruplarının iştirakı ilə ikitərəfli batalyon taktiki təlimlərinə start verilib.

Atatv.Az TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev məlumat verib.

“Xalqlararası təlimlər zamanı motoatıcı bölmələrin komandirləri artilleriya, tank, kəşfiyyat, mühəndis, aviasiya və rabitə bölmələri ilə birlikdə şərti düşmənin axtarışı, mühasirəyə alınması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirəcək”.

Təlimlərə iki ölkənin 1000-dən çox hərbçisi, təxminən 200 ədəd xüsusi hərbi texnika cəlb edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930