atatv.az
atatv.az

Azərbaycanda yeni medal təsis edildi

1-10-2018, 17:14

Azərbaycanda yeni medal təsis edildi

Azərbaycanda dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) münasibətilə yubiley medal təsis edilir. Bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilir.

Sonxeber.az xəbər verir ki, yubiley medalı ilə dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında xidməti vəzifələrini həyata keçirərkən yüksək nəticələr əldə edən, Azərbaycanın milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasında fərqlənən hərbi qulluqçular təltif ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031