atatv.az
atatv.az

7 nömrəli Ağstafa yol sahəsinin rəisi şəhid adını uca tutan vəzifə sahibidir

2-10-2018, 14:56

7 nömrəli Ağstafa yol sahəsinin rəisi şəhid adını uca tutan vəzifə sahibidir

Haqqında bəhs etdiyimiz Əliyev Mehman Zakir oğlunun və Süleymanov Fərman Mikayıl oğlunun rəngarəngliklərlə dolu həyat yollarına nəzər saldıqca, bizi bir çox anlar sanki 1990-cı illərə aparıb çıxarır. Çünki, həmin illəri yaşayan və Vətən torpaqlarımızın bütövlüyü uğrunda fədəkarlıq göstərən igid övladlarımızın göstərdikləri şücaətləri eşitdikcə, xalqımızın nə qədər uca, nə qədər məğrur bir xalq olduğunu bir daha yada salırıq. Bəli, xalqımız müxtəlif dönəmlərində olmazın sarsıntılarla, keşməkeşli anlarla və s. üz-üzə qalsa belə, heç zaman əyilməmiş və qürurlu iradəsi ilə hər zaman gələcəyə düz baxıb başını uca da tutmuşdur. Məhz, buna səbəb olan amillərdən ən əsası, xalqımızın mətn iradəyə, övladlarının isə Vətənin hər qarış torpağı uğrunda canından keçməyə hazır olmaları olub.

Bəli, dövr keçəcək, illər bir-birini əvəzləyəcək və zaman gələcək ki, 1990-cı illərin xatirələri təkrar-təkrar yada salınacaq. Talehinə çoxları kimi Vətəni sevmək, onun hər qarış torpağına bağlı olmaq qisməti yazılmış Mehman Əliyevin və Fərman Süleymanovun ömür yolları haqda söhbət düşərkən, o zaman o da bəlli olacaq ki, adı çəkilən hər iki şəxs də, məhz Vətənin baş üstünü “qara bulud”lar alan zaman, canını və qanını torpaqlarımızın bütövlüyü uğrunda qurban verməyə hazır olan oğullardan olublar. Buna da əsas səbəb, öncə qeyd etdiyimiz kimi onların xalqına və torpağına bağlılığının varlığı olub. Bəli, onlar həyatda deyillər, amma hər iki şəxsin ömür yollarında buraxdığı izləri, torpaqlarımızın müdafiəsi zamanı göstərdikləri qəhrəmanlıqları haqda bu gün də danışılır, müxtəlif fikirlər səsləndirilir, bir sözlə heç zaman unudulmurlar. Çünki, onlar unudulası şəxslər deyillər. Belə ki, bir neçə ay bundan öncə 1970-ci ildə anadan olan və 1996-cı ildə Qazax rayonunun torpaqları uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olmuş Əliyev Mehman Zakir oğlunun və 1968-ci ildə anadan olan və 1994-cü ildə Füzulu rayonunun torpaqları uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olmuş Süleymanov Fərman Mikayıl oğlunun xatirəsi uca tutularaq müəyyən addımlar atılır. Yəni, “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti, 7 nömrəli Ağstafa yol sahəsinin rəisi Şükür Mustafayev, Ağstafadakı şəhid dəmiryolçuların adını daşıyan bulağı yenidən bərpa etdirib qaydaya saldırır.
7 nömrəli Ağstafa yol sahəsinin rəisi şəhid adını uca tutan vəzifə sahibidir
Onu da bildirək ki, hər iki şəhid dəmiryolçunun adını daşıyan bulaq neçə illər bundan öncə 7 nömrəli Ağstafa yol sahəsinin yerləşdiyi bina ilə üzbəüz yolun kənarında inşa olunduğundan, bulağın ümumi görünüşündə müəyyən xoşagəlməz mənzərə əmələ gəlmişdi. Belə bir səbəb üzündən də, qəlbində Vətən sevgisini gəzdirən, xalqına qarşı hər zaman bağlılıq hissi nümayiş etdirən, vətən oğullarının qəhrəmanlıqlarını eşidib öz-özlüyündə iftixar hissi keçirən 7 nömrəli Ağstafa yol sahəsinin rəisi Şükür Mustafayev, şəxsən öz təşəbbüsü ilə şəhid dəmiryolçuların adını daşıyan bulağın yenidən bərpa olunması yöndə əməli addımını atır. Əgər əvvəllər həmin bulaq 7 nömrəli Ağstafa yol sahəsinin yerləşdiyi bina ilə üzbəüz yolun kənarında yerləşirdisə, hal-hazırda idarənin həyətindədir. Yəni, hər iki şəhid dəmiryolçunun adını daşıyan bulaq idarənin həyətində yenidən inşa olunub və müasir üslubda təmir olunaraq qaydaya da salınıb. Bu cür addımın atılması, əslində Şükür müəllimin şəhid adını uca tutmasından, şəhid ruhuna etdiyi hörmət və ehtiramdan irəli gəlir. Bəli, belə bir addım olduqca təqdirəlayiq və lazımınca da qiymətləndiriləsi addımdır. Çünki, Şükür Mustafayev şəhid dəmiryolçunun adını daşıyan bulağın əvvəlki mənzərəsini görüb, məhz qəlbinin istəyi ilə belə bir addımını atdı, belə bir iradəsini ortaya qoydu. Bu gün 7 nömrəli Ağstafa yol sahəsində çalışan dəmiryolçular və digər şəxslər, yəqin ki, Mehman Əliyevin və Fərman Süleymanovun adını daşıyan bulağın ümumi görünüşünü görürlər və belə bir addımın atılmasında təşəbbüskarlıq göstərən Şükür müəllimə həm minnətdarlıqlarını bildirirlər, həm də ürəklərindən keçən ən xoş arzularını çatdırırlar.

Bütün bunlar onu sübut edir ki, adı çəkilən vəzifə sahibinin atdığı addım nəinki bugünkü nəslə, hətta gələcək nəsllərə də örnək ola biləcək addımdır. İnanırıq ki, zaman gələcək, bir çox Vətən oğullarının adları iftixarla çəkilərkən, “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti, 7 nömrəli Ağstafa yol sahəsinin rəisi Şükür Mustafayevin də adı iftixarla çəkiləcək. Çünki o, atdığı addımları ilə ən yüksək əməl sahibi olan Vətən oğllarından biridir.

Zaur Orucov

Atatv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930