atatv.az
atatv.az

"Sürücü sərnişinləri daşımaqdan imtina edə bilər, əgər..." - DANX

4-10-2018, 17:10

"Sürücü sərnişinləri daşımaqdan imtina edə bilər, əgər..." - DANX

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) avtobus salonlarında qaydaları pozan sərnişinlərlə bağlı müraciət edib.

Atatv.Az Trend-ə istinadən xəbər verir ki, Xidmətin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, əgər sərnişin avtobusun salonunda ictimai asayiş qaydalarını pozursa, sərnişinin sərxoş vəziyyətdə olması digər sərnişinlər üçün narahatlıq yaradırsa, sərnişin daşınması qadağan edilmiş əşyaların olduğu baqajı və ya əl yükünü aparmaq niyyətindədirsə, avtomobil daşıyıcısının (sürücünün) sərnişinləri daşımaqdan imtina etmək hüququ var:


"Bu hüquq "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Odur ki, salon daxilində uca səslə mübahisə edərək digər sərnişinləri narahat etməməyi xahiş edirik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930