atatv.az
atatv.az

Ayaz Mütəllibov ƏMƏLİYYAT OLUNDU

11-04-2018, 13:36

Ayaz Mütəllibov ƏMƏLİYYAT OLUNDU
Azərbaycanın eks- prezidenti Ayaz Mütəllibov və xanımı Adilə Mütəllibova bir neçə gün öncə yüngül cərrrahi əməliyyat keçiriblər.

Bu haqda Moderator.az əməkdaşı ilə telefon bağlantısı zamanı sabiq dövlət başçısının özü məlumat verib.

“Bu günlərdə xanımım və mən yüngül əməliyyat keçirdik. Həkimlər hər ikimizin gözündə adətən yaşla bağlı əmələ gələn və “mirvari suyu”-katarakta deyilən xəstəlik yarandığını və görmə qabiliyyətimizin itməməsi üçün əməliyyatın zəruri olduğunu bildirdilər. Biz də razılaşdıq və əməliyyat olunduq... Şükür Allaha...”
Ayaz Mütəllibov ƏMƏLİYYAT OLUNDU

Eks-prezident hazırda həm xanımının, həm də özünün görmə qabiliyyətləri və səhhətlərinin normal olduğunu bildirdi.

Xatırladaq ki, bir il öncə - 2017-ci ilin aprelində Ayaz Mütəllibovun xanımı Adilə Mütəllibova Mərkəzi Klinikada daxili orqanlarının birindən cərrahi əməliyyat keçirmişdi.

Sultan Laçın






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031