atatv.az
atatv.az

Qonşusunu zorlamaq istədi, tutularkən intihara cəhd etdi

6-10-2018, 12:49

Qonşusunu zorlamaq istədi, tutularkən intihara cəhd etdi


















Balakən rayonunda polisin saxladığı şəxs intihara cəhd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib ki, Balakən rayon sakini olan bir qadın Polis Şöbəsinə müraciət edərək, gecə saatlarında qonşusu Cavid Qafarovun sərxoş vəziyyətdə onun evinə qanunsuz yolla daxil olaraq ona qarşı zorakılıq hərəkətləri etməyə cəhd göstərdiyini bildirib:

Qadın bildirib ki, hay-küy saldıqdan sonra evdəkilərin oyandığını görən Cavid Qafarov hadisə yerindən qaçıb.

“Bundan sonra polis əməkdaşı Cavid Qafarovun yaşadığı evə gedib, lakin o, evdə olmadığı və mobil telefonunu söndürdüyü üçün onu tapmaq mümkün olmayıb. Bir gün sonra onun yeri müəyyən edilib və polis əməkdaşı onu taparaq, xanımın ərizəsi əsasında izahat vermək üçün polis şöbəsinə dəvət edib.

Bu məqsədlə onu polis avtomobili ilə şöbəyə aparıb. Avtomobil yolda hərəkətdə olarkən Cavid Qafarov ani bir vəziyyətdə qəflətən avtomobilin qapısını açaraq özünü yerə atıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Arxadan gələn avtomobillərin sürücülərinin köməyilə o dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb”, - deyə E.Zahidov qeyd edib.

Faktla bağlı araşdırma aparılır.
oxu.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031