atatv.az
atatv.az

Qurban Qurbanov millinin heyətini açıqladı: kimlər var?

6-10-2018, 15:00

Qurban Qurbanov millinin heyətini açıqladı: kimlər var?

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı növbəti iki oyun üçün heyəti açıqlanıb.

Atatv.az fanat.az-a istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 23 oyunçuya dəvət göndərib.

Həmin futbolçular oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə Bakı Olimpiya Stadionunda Malta ilə qarşılaşmada baş məşqçinin ixtiyarında olacaqlar.

"23-lük"dən yalnız 5 nəfər karyerasını ölkə xaricində davam etdirir ki, bunlar Pavel Paşayev, Riçard Almeyda, Dmitri Nazarov, Ramil Şeydayev və Rüfət Dadaşovdu.

Qapıçılar: Kamran Ağayev ("Keşlə"), Səlahət Ağayev ("Neftçi"), Şahruddin Məhəmmədəliyev ("Qarabağ").

Müdafiəçilər: Maksim Medvedov, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı "Qarabağ"), Məhəmməd Mirzəbəyov ("Neftçi"), Təmkin Xəlilzadə, Urfan Abbasov (hər ikisi "Qəbələ"), Bəxtiyar Həsənalızadə ("Sumqayıt"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna).

Yarımmüdafiəçilər: Qara Qarayev, Araz Abdullayev (hər ikisi "Qarabağ"), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi "Neftçi"), Rahid Əmirquliyev ("Səbail"), Cavid İmamverdiyev ("Sabah"), Riçard Almeyda ("Astana", Qazaxıstan), Dmitri Nazarov ("Aue", Almaniya).

Hücumçular: Mahir Mədətov ("Qarabağ"), Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rüfət Dadaşov ("Proysen", Almaniya), Ruslan Qurbanov ("Səbail").






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930