atatv.az
atatv.az

Rumıniya ilə Müştərək Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirilib

6-10-2018, 15:30

Rumıniya ilə Müştərək Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirilib

Prezident İlham Əliyev "Azərbaycan hökuməti ilə Rumıniya hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 23 may tarixli 2834 nömrəli sərəncamında dəyişiklik edilməsi edilməsi haqqında sərəncam imzalayıb.

Atatv.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

Komissiyanın həmsədri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri".

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Rumıniya tərəfinə bildiriş göndərmək tapşırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930