atatv.az
atatv.az

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının vaxtı dəyişdirilib

9-10-2018, 16:18

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının vaxtı dəyişdirilib

Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsi 2019-cu ildə Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının vaxtını dəyişdirib.

Atatv.Az Trend-ə istinadən xəbər verir ki, bu qərar Bakıda futbol üzrə UEFA Avropa Liqasının final matçının da keçirilməsi ilə əlaqədar qəbul edilib.

Yeni qərara əsasən, bədii gimnastika üzrə Avropa çempionatı 16-19 may tarixlərində baş tutacaq. Bundan əvvəl, bu turnirin mayın 31-dən iyunun 2-dək keçirilməsi nəzərdə tutulurdu.

Qeyd edək ki, Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda 2019-cu ilin mayın 29-da keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930