atatv.az
atatv.az

Eldar Mahmudovun şərikinin məhkəməsi başladı

11-10-2018, 17:15

Eldar Mahmudovun şərikinin məhkəməsi başladı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

atatv.az Yenicag.az-a istinadən xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman S.Ağayev deyib ki, Azərbaycan vətəndaşıdır və Qazaxıstan Respublikasında qeydiyyatdadır.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Türkel Süleymanlı vəsatət qaldırıb.

Vəsatətə növbəti iclasda baxılacaq.

Məhkəmə iclası oktyabrın 17-dək təxirə salınıb.

Qeyd edək ki, S.Ağayev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir. O, 10 milyon manatdan artıq pulu mənimsəməkdə təqsirli bilinir.

Xatırladaq ki, S.Ağayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun iş ortaqlarından biri olub.

Mətbuatda yer alan məlumatlara görə, S.Ağayev Qazaxıstanda saxlanılaraq Bakıya gətirilib.

Bu cinayət işi üzrə E.Mahmudov istintada şahid qismində ifadə verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031