atatv.az
atatv.az

Sürüşmə zonasında 11 evin qazı kəsildi

12-10-2018, 16:50

Sürüşmə zonasında 11 evin qazı kəsildi

Bakının Badamdar qəsəbəsində sürüşmə baş verən ərazidəki mənzillərə təbii qazın verilişi dayandırılıb.

Atatv.Az xəbər verir ki, bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev məlumat verib.

İ.Kərbəlayevin sözlərinə görə, sürüşmə baş verən kimi ərazidə olan 11 fərdi evə təbii qazın verilişi dayandırılıb:

"Hazırda əməkdaşlarımız hadisə yerindədirlər. Günün sonuna qədər veriləcək qərarı gözləyirik. Qərardan asılı olaraq əraziyə qazın verilib verilməyəcəyi məlum olacaq".

Bu gün günorta saatlarında Badamdar qəsəbəsinin sürüşmə olan ərazisinə elektrik enerjisinin verilişi də dayandırılıb.

Qeyd edək ki, bu gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930