atatv.az
atatv.az

MSK Prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb: İlham Əliyev 86,09% səslə qalibdir

12-04-2018, 09:18

MSK Prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb: İlham Əliyev 86,09% səslə qalibdir
Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.

Atatv.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,09 % səslə qalib olub.

Seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,04 %; öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,07 %; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 2,97 %; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,4%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,51%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,18%; - "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0,74% səs toplayıb.

Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin 2 milyon 667 min 720 bülleten sayılıb. 3675 seçki məntəqəsi hesabat verib.

Xatırladaq ki, seçkilərdə ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 353 nəfəri (ümumi seçicilərin 74,51 faizi) səsvermədə iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930