atatv.az
atatv.az

Nazirlik açıqladı: Xırda uçqunlar və qopmalar baş verir

16-10-2018, 19:35

Nazirlik açıqladı: Xırda uçqunlar və qopmalar baş verir
Sürüşmə zonasında bu gün saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik gecə boyu davam edib, hazırda da davam etməkdədir.

Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qərərgahının nümayəndəsi Əziz Qaralov məlumat verib. O bildirib ki, müşahidələr gecə boyunca da davam etdirilib:

"Sürüşmə zonasının üzərində yerləşən əvvəlcədən hasarı gibs mayak edilmiş hasarın dünəndən başlayaraq sürüşməsi başlayıb. Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub.

Hasarın qalan hissəsi də uçaraq tamamilə aşağıya gəlib.

İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir. Yaxın saatlarda həmin ərazidə sürüşmə prosesinin baş verməsi gözlənilir".

***

Sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.

Bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah nümayəndəsi Əziz Qaralov verib.

Onun sözlərinə görə, sürüşmə zonasında saat 12-00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik dinamikası dayanmayıb.

Nazirlik əməkdaşının sözlərinə görə, gün ərzində üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir.

Sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.

***

Badamdar sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır:

"Sürüşmə sahəsi üzərində süxur qırıntılarının yola doğru hərəkəti müşahidə olunub. Ərazinin üst hissəsindəki evlərin divarlarında yeni çatlar qeydə alınıb".

***

Badamdar sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinqin nəticələrinə əsasən, sahədə nisbi stabil gərginlik qalmaqdadır:

"Divarı uçan hasarın içərisində olan tikilinin bünövrəsinin alt hissəsində torpaq qatı nəm haldadır, xırda uçqunlar və torpaq qopmaları baş verir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031