atatv.az
atatv.az

Zakir Həsənov hərbi sərgidə

18-10-2018, 13:15

Zakir Həsənov hərbi sərgidə


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çex Respublikasına səfəri çərçivəsində bu ölkənin Müdafiə, Daxili İşlər, Xarici İşlər nazirlikləri, Silahlı Qüvvələrin Baş Qərargahı, NATO qərargahı, Avropa Müdafiə Agentliyi və bir sıra digər milli və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən “Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018”də iştirak edir.

atatv.az Oxu.Az-a istinadən xəbər verir ki, Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu tədbir milli və qlobal təhlükəsizlik hədəflərinin təqdimi və təşviqi, eyni zamanda müdafiə və təhlükəsizlik sahələri üzrə məlumat mübadiləsi məqsədilə keçirilən beynəlxalq səviyyədə tanınmış nüfuzlu bir platformadır.

Sərgidə 60-dan çox ölkənin 1200-dək şirkəti iştirak edir. Azərbaycan nümayəndə heyəti həmin sərgidə iştirak edən xarici ölkələrin müdafiə şirkətlərinin istehsal etdiyi məhsullar ilə tanış olaraq onların təyinatları barədə ətraflı məlumatlandırılıb.

Səfər çərçivəsində Müdafiə naziri Z.Həsənov bir sıra müdafiə şirkətlərinin rəhbərliyi ilə ikitərəfli görüşlər də keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031