atatv.az
atatv.az

“Heç bir ətin satışı qadağan deyil” - Eşşək ətinin satışı ilə bağlı AÇIQLAMA

18-10-2018, 13:45

“Heç bir ətin satışı qadağan deyil” - Eşşək ətinin satışı ilə bağlı AÇIQLAMA


Qarmaqlarda mal və qoyun ətlərini görməyə öyrəşmişik. Burada at və eşşək əti görmək isə kimsəyə xoş gəlməz. Halbuki, dünyanın bir çox ölkələrində at və eşşək əti yemək normal hesab edilir.

atatv.az Milli.Az-a istinadən bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Azad İstehlakçılar Birliyinin sədri - Eyyub Hüseynov: "Ölkəmizdə heç bir ətin satışı qadağan deyil. 63-cü illərdə bir sənəd qəbul olunub. O sənəd məndədir. 15 respublika arasında bir Azərbaycanda eşşək əti yeməli ət kimi, növləri, qiymətləri yazılıb".

Yəni məsələ qəssabların eşşək ətini sata bilməməsində deyil. Eşşəyin mal yerinə qoyulmasındadır. O qədər at və uzunqulaq ətinin mal əti adı altında sırınmasını eşitmişik ki, bu da insanlarda inamsızlıq yaradır.

Sakin: "Mal ətinin özünün neçə cür rəngi olur. At əti tünd olur. Gündə ətdən istfadə edən adam onu o dəqiqə bilməlidir".

Bilərək, istəyərək dadmaq istəyən çətin tapılsın. Amma yazıq adam hardan bilsin ki, üstünə böyük həriflərlə mal, qoyun hətta quzu əti yazılan bu cəmdəklər, əslində, hansı heyvana mənsubdur? Əti-ətdən fərqləndirmək üçün də gərək işin ustası olasan. Qəssablar bunu daha yaxşı bilir.

Qəssab: "Sümüyü və üstündə saxladığı dərisi ilə seçmək çox asandır. Evinə ət alıb aparıb qazana tökəndə ondan üfunət iyi gəlir. Həmin adam hiss etmir ki, bu ət iyi deyil?!"

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri - Ziyəddin Kazımov: "At ətindən respublikada istifadə olunması məqsədəuyğun deyil".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930