atatv.az
atatv.az

Hələbdə toqquşma: 85 nəfər öldü, 110 nəfər yaralandı

19-10-2018, 11:00

Hələbdə toqquşma: 85 nəfər öldü, 110 nəfər yaralandı

Suriyanın Hələb bölgəsində Bəşər Əsədə bağlı "Şebbiha" xüsusi təyinatlıları ilə İranın dəstəklədiyi silahlı qruplaşmalar arasında baş verən toqquşma nəticəsində 85 nəfər ölüb, 110 nəfər isə yaralanıb.

Atatv.az report-a istinadən xəbər verir ki, hadisə Suriyada silahlıların nəzarəti altına keçən ərazilərdən əldə edilən qənimət üstündə baş verib.

B.Əsədə sadiq ordunun hərbçiləri "Şebbiha"la İranyönlülərin toqquşmasına müdaxilə etməyib.

Hələbin ərazisinin 65 faizinə 5 il ərzində Suriya Azadlıq Ordusu nəzarət edib. Hazırda bu ordu həmin bölgələri tərk edib və ərazilər "Şebbiha" və İranyönlü silahlıların nəzarətinə keçib.

Bildirilib ki, "Şebbiha" 1980-ci illərdə Suriyanın o vaxtkı Prezidenti Hafiz Əsədin oğlu Namir Əsəd və qardaşı Rifat Əsəd tərəfindən yaradılıb. Bu silahlı dəstə Berri və Beggara tayfalarının nümayəndələrindən ibarətdir. Onlar hazırda Suriyada Bəşşar Əsəd tərəfədindən döyüşürlər. BMT "Şebbiha"nı cinayətkar dəstə kimi tanıyıb.

Qeyd edək ki, Bəşşar Əsəd rejimi ələ keçirdikləri ərazilərin yağmalanmasını qanuniləşdirmək üçün 4 ay əvvəl "Milli əmlak qanunu"nu qəbul edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930