atatv.az
atatv.az

"İlhamənin evini talan eləyiblər" - Mərhum xalq artistinin bacısı

19-10-2018, 11:30

"İlhamənin evini talan eləyiblər" - Mərhum xalq artistinin bacısı

ATV-də yayımlanan "Bizimləsən" verilişində mərhum xalq artisti İlhamə Quliyevanın mirası və övladlığa götürdüyü Orxan Nadirovun həyatı müzakirə olunub.

Atatv.Az axşam.az-a istinadən xəbər verir ki, verilişə müğənninin bacısı Gülbahar Quliyeva zəng edib. O, İ.Quliyevanın evindəki bütün əşyaların oğurlandığını söyləyib:

"İlhamə rəhmətə gedən günü Orxanı yanıma çəkdim və dedim ki, şəhərin mərkəzində olan evin birini və maşını sənə verək, geri çəkil. O razı olmadı və məhkəmələrə üz tutdu. Mən kiməm ki? İlhamənin vərəsəlik hüququ olan 6 nəfərdən biriyəm. İlhamənin sağlığında Orxan onunla bir evdə yaşamırdı. Orxan, sadəcə, onun yanında efirlərdə görsənə bilərdi.

Bunlar 2 ildir ki, məhkəmələri gəzirlər. Belə biabırçılıq olar? İndi İlhamənin evini talan eləyiblər. Nə zaman istəsəniz, gəlin çəkin. Evində olan bütün mebellər, royalı, saatı, qızılı, geyimləri və digər şeyləri hamısı yoxa çıxıb. İndi orda heç bir dənə başmaq belə tapmaq olmaz. Bütün bunlar öz-özünə yoxa çıxmayıb ki... Orada Orxan 2 il idi ki, yaşayırdı. Evin kommunal xərclərini isə biz ödəyirdik. Evə oğru girməyib ki? Yox. Mühafizəçisi olan binadır. Daha mənim adımı heç kim çəkməsin".

Qeyd edək ki, Orxan hazırda həbsxanadadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31