atatv.az
atatv.az

Ünvanlı dövlət sosial yardımı ilə təmin edilən ailələrin sayı açıqlanıb

19-10-2018, 17:03

Ünvanlı dövlət sosial yardımı ilə təmin edilən ailələrin sayı açıqlanıb

"2018-ci ilin 1 oktyabr tarixinə orta hesabla 50,2 min ailə (200,2 min nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin edilib".

"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2018-ci ilin 9 ayında görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibli kollegiya iclasında bildirilib.

İclasda hər ailəyə ayda orta hesabla 165,4 manat yardım ödənildiyi qeyd olunub.

Həmçinin cari ilin 9 ayında ölkəmizdə pensiyaların orta aylıq məbləğində ötən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğində 9 faiz artım qeydə alındığı, pensiyaların maliyyələşməsinə 7,6 faiz çox vəsait yönəldildiyi, DSMF-nin gəlirlərində 16,07 faiz, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 10,33 faiz, qeyri-büdcə sektoru üzrə 9 faizə yaxın artımın olduğu diqqətə çatdırılıb.


Ünvanlı dövlət sosial yardımı ilə təmin edilən ailələrin sayı açıqlanıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930