atatv.az
atatv.az

Qərargah: Badamdar sürüşmə sahəsində kiçik uçqunlar baş verib - YENİLƏNİB-2

19-10-2018, 21:15

Qərargah: Badamdar sürüşmə sahəsində kiçik uçqunlar baş verib - YENİLƏNİB-2

Badamdar sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Məlumata görə, sürüşmə sahəsi üzərində xırda uçqunlar qeydə alınıb. Sürüşmə sahəsinin sağ və sol hissəsində olan çatlarda nisbi aktivlik qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

*** 12:27
Badamdar sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsinin üst hissəsində torpaq süxurlarının və xırda qaya parçalarının hərəkəti müşahidə edilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Məlumata görə, sonrakı saatlarda bu prosesin davam edəcəyi gözlənilir. Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində nisbi artım qeydə alınıb.

*** 09:06

Badamdar sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə ciddi dəyişiklik qeydə alınmayıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Məlumata görə, yuxarı evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur: "Vəziyyət sabitləşməyə doğru gedir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930