atatv.az
atatv.az

KİV: Britaniyanın baş nazirinə istefa verməsi üçün 72 saat vaxt verilib

22-10-2018, 15:23

KİV: Britaniyanın baş nazirinə istefa verməsi üçün 72 saat vaxt verilib
Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyası baş nazir Tereza Meyə istefa verməsi üçün 72 saat vaxt verib.

“Report” xəbər verir ki, bunu “The Sunday Times” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Mühafizəkarlar Partiyasının rəhbərliyi, o cümlədən parlament fraksiyası T.Meyin dövləti idarə etməsindən, o cümlədən krallığın Avropa İttifaqından çıxması prosesindən (“Brext”) narazıdırlar.

Partiyanın üzvü, keçmiş hərbçi Conni Merser parlament üzvlərini baş naziri hakimiyyətdən devirməyə çağırıb.

Qəzetin yazdığına görə, Böyük Britaniyanın keçmiş xarici işlər naziri Boris Conson da T.Meyin istefasını tələb edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031