atatv.az
atatv.az

Prezident İlham Əliyev: "ASAN"ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var"

23-10-2018, 10:47

Prezident İlham Əliyev: "ASAN"ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var"

"ASAN"ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var.

Atatv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 22-də İmişliyə səfəri çərçivəsində "ASAN Həyat" kompleksinin açılışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir.

İlham Əliyev vurğulayıb ki, "ASAN" bizim milli brenddir: "Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də "ASAN"ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031