atatv.az
atatv.az

"Qarabağ" - "Vorskla": Mətbuat konfransları və məşqlərin vaxtı açıqlandı

23-10-2018, 16:49

"Qarabağ" - "Vorskla": Mətbuat konfransları və məşqlərin vaxtı açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Vorskla" (Ukrayna) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub.

Atatv.Az klubun saytına istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də, Bakı Olimpiya stadionunda saat 14:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 19:15-də Bakı Olimpiya stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Vorskla"nın baş məşqçisi Vasili Saçko isə saat 17:30-da Bakı Olimpiya stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Ukrayna təmsilçisinin oyunöncəsi son məşqi isə saat 18:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq

Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" matçı 25 oktyabrda, saat 20:55-də başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930