atatv.az
atatv.az

Putindən Trampa təklif: Parisdə görüşək

23-10-2018, 21:12

Putindən Trampa təklif: Parisdə görüşək

Moskvada Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib.

Atatv.az report-a istinadən bildirir ki, V.Putin görüşdə amerikalı həmkarı Donald Trampla noyabrın 11-dək Parisdə görüşməyi təklif edib.

Həmin müddətədək Fransanın paytaxtında I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunan tədbirlər keçiriləcək.

V.Putin amerikalı həmkarı ilə birbaşa təmasların faydalı ola biləcəyini bildirib: "təbii ki, ABŞ tərəfi belə təmaslarda maraqlı olarsa".

C.Bolton isə cavabında D.Trampın Rusiya prezidenti ilə görüşməkdən məmnun olacağını vurğulayıb: "Əlbəttə, Prezident Tramp bu beynəlxalq tədbir çərçivəsində sizinlə böyük məmnuniyyətlə görüşər".

Xatırladaq ki, ABŞ və Rusiya prezdientləri arasında son görüş iyulun 16-da Finlandiyanın Helsinki şəhərində keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930