Sumqayıt şəhər 3 Nömrəli Uşaq İncəsənət Musiqi məktəbi nümunəvi təhsil müəssisəsidir

gundem / medeniyyet
26 okt 2018
14:14
Sumqayıt  şəhər 3 Nömrəli Uşaq İncəsənət Musiqi məktəbi nümunəvi təhsil müəssisəsidir


Bir-iki gün bundan öncə Sumqayıt şəhər Səid Rüstəmov adına 3 Nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin direktoru Əziz Əzizovla görüş keçirdik.

Görüş zamanı adı çəkilən təhsil müəssisəsinin rəhbərinə, bizi maraqlandıran məsələlər haqda suallar verib lazımi cavabları əldə etdik. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın dərin tarixi köklərə malik olan mədəniyyətimizə, musiqimizə, incəsənətimizə lazımi dəstək və qayğı göstərdiklərini bildirdi və “Bugünkü Azərbaycan muğamı, ümumdünya musiqi sənətinin zirvəsidir” deməyi də unurtmadı. Musiqi məktəbinin yaranması və fəaliyyəti haqda o, onu da qeyd etdi ki, “Səid Rüstəmov adına 3 Nömrəli Uşaq İncəsənət Musiqi məktəbi 1976-cı ildə bir musiqi məktəbi olaraq yaranmış və ilk dəfə məktəbdə fortepiano, tar, kamança, klarnet, skripka və nağara sinifləri açılmışdır. İxtisasım tar müəllimidir və əmək fəaliyyətimə ilk dəfə olaraq bu məktəbdə 1981-ci ildə sıravi müəllim işləməklə başlamışam. 1990-cı ildə direktorun tədris məsələləri üzrə müavini vəzifəsini daşısam da, 2011-ci ildən direktor vəzifəsini daşıyıram”.

Biz Əziz Əzizovla görüşərkən Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürovun fəaliyyəti haqda da söhbətlər açdıq. Ümumi söhbətimiz zamanı o, bildirdi ki, “Mehman müəllim idarə rəisi təyin olunduqdan sonra, istər tədris proseslərində, istər digər tədbirlərdə hər zaman öz sözünü deyib. Hətta, adı çəkilən vəzifə sahibinin qarşısına qoyduğu məsələlərdən biri də, Sumqayıtın musiqi məktəblərində xalq çalğı alətləri orkestrini, xor və rəqs kollektivlərinin ansabllarını yaratmaq olub” dedi.

Bu kimi məsələlərdən başqa o, rəhbərlik etdiyi uşaq musiqi məktəbində təhsil alan şagirdlərin yaxşı oxumalarından, qabaqcıl müəllimlərin işgüzar fəaliyyətlərindən də danışmağı unutmadı və “Bizim məktəbdə fortepianino, xalq çalğı alətləri, simli və nəfəs alətləri, qarmon, rəsm və xoreqrafiya şöbələri fəaliyyət göstərir” deməyi də unutmadı. Bir sözlə, Əziz müəllimlə görüşümüz bizdə olduqca xoş təssürat yaratdı.

Məktəb direktoru ilə keçirdiyimiz görüşdən və əldə etdiyimiz müsahibədən sonra, adı çəkilən uşaq musiqi məktəbində direktorun təssərüfat məsələləri üzrə müavini vəzifəsini daşıyan Arif müəllimlə tanış olduq. O halda o, bizi çalışdığı məktəbin yaranma tarixi və bugünkü fəaliyyəti haqda da ətraflı məlumatlandırdı. Tanışlıq zamanı o da bəlli oldu ki, ixtisasca fortepiano müəlliməsi olan Zərifə xanım Tağıyeva, düz 28 ildir ki, Sumqayıt şəhər Səid Rüstəmov adına 3 Nömrəli Uşaq İncəsənət Musiqi məktəbində fortepiano müəlliməsi işləyir. Onu özü də, elə bu musiqi məktəbində təhsil alıb. Xuraman Babayeva Zərifə xanıma fortepiano ixtisası üzrə dərs keçib. Bu gün o, müəlliməsi olmuş Xuraman Babayeva ilə eyni kollektivdə çalışır. Onu da qeyd edəki, Xuraman xanım uzun illər ərzində elə bir əmək fəaliyyəti nümayiş etdirir ki, o, nəinki Sumqayıt şəhər İcra Hakimiyyəti Aparatının, hətta ayrı-ayrı dövlət qurumlarının bir çox diplomları ilə də təltif olunur. Xanım Tağıyeva ilə keçirdiyimiz görüş zamanı o, onu da vurğuladı ki, “Mən sənətimi olduqca sevirəm və vaxtilə dərs keçdiyim şagirdləriimdən, hal-hazırda bu məktəbdə çalışanlar var”. Biz adı çəkilən xanımla görüşüb sağollaşdıq və ona bütün işlərində uğurlar arzulamaqla bərabər, bir müəlimə olaraq ona gələcək işlərində yeni-yeni naliyyətlərə qovuşmasını da bildirdik.

Bəli, əldə etdiyimiz ümumi məlumatlar bizi belə bir qənaətə gəlməyə vadar etdi ki,

bu gün Səid Rüstəmov adına 3 Nömrəli Uşaq İncəsənət məktəb Azərbaycan mədəniyyətinə, musiqisinə, incəsənətinə dərin töhfələrini bəxş edən təhsil müəssisələrindən biridir.

Hazırladı: Mehparə Cəfərzadə
AtaTv.az
Sumqayıt  şəhər 3 Nömrəli Uşaq İncəsənət Musiqi məktəbi nümunəvi təhsil müəssisəsidir
Sumqayıt  şəhər 3 Nömrəli Uşaq İncəsənət Musiqi məktəbi nümunəvi təhsil müəssisəsidir
Sumqayıt  şəhər 3 Nömrəli Uşaq İncəsənət Musiqi məktəbi nümunəvi təhsil müəssisəsidir
Sumqayıt  şəhər 3 Nömrəli Uşaq İncəsənət Musiqi məktəbi nümunəvi təhsil müəssisəsidir
16.01.2021
11:48
Metro bağlı olacaq
16.01.2021
11:14
Salonlar açılır
15.01.2021
18:34
ANAMA ləğv edildi