atatv.az
atatv.az

Rusiyada azərbaycanlı atasını təhqir edən həmyerlisini bıçaqlayıb

28-10-2018, 11:00

Rusiyada azərbaycanlı atasını təhqir edən həmyerlisini bıçaqlayıb

Rusiyanın Penza şəhərinin Oktyabrski rayonunda yerləşən bazada ik azərbaycanlı arasında bıçaqlanma ilə nəticələnən dava baş verib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Penza vilayəti üzrə İdarəsinin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumat İdarənin 2 saylı Polis şöbəsinə daxil olduqdan sonra müəyyən edilib ki, münaqişə borc üstündə düşüb. Mübahisə əlbəyaxa davaya çevrilib və hazırda adı məlum olmayan 29 yaşlı kişi 27 yaşlı qarşı tərəfin atasını təhqir edib. Atasının təhqir olunmasını həzm edə bilməyən şəxs digərini bıçaqlayıb.

"Zərərçəkmiş tibb müəssisəsinə yerləşdirilib. Cinayət işi qaldırılıb. Bu maddənin sanksiyası 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur", - deyə məlumatda bildirilir.

Bundan əvvəl Penzada 3 azərbaycanlı qardaş müxtəlif həbs cəzalarına məhkum edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930