atatv.az
atatv.az

Ərdoğan və Trüdo jurnalist Xaşuqcinin ölümü məsələsini müzakirə ediblər

28-10-2018, 11:20

Ərdoğan və Trüdo jurnalist Xaşuqcinin ölümü məsələsini müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kanadanın baş naziri Castin Trüdo ilə telefon danışığı keçirib.

Atatv.az-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, danışıq zamanı Türkiyə prezidenti baş naziri Səudiyyə jurnalisti Camal Xaşuqcinin ölümü məsələsinin araşdırılması ilə bağlı məlumatlandırıb.

Tərəflər günahkarların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıblar.

Söhbət zamanı həmçinin ikitərəfli əlaqələr müzakirə edilib.

Xatırladaq ki, oktyabrın 2-də ər-Riyadın siyasətini tənqid etməklə tanınan C.Xaşuqci Türkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra itkin düşüb. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti C.Xaşuqcinin Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031