atatv.az
atatv.az

Kababı bəyəməyən müştərini kababçı bıçaqladı

29-10-2018, 17:55

Kababı bəyəməyən müştərini kababçı bıçaqladı
Quba rayonunda kafelərdən birində bıçaqlanma olub.

Atatv.Az report-a istinadən xəbər verir ki, kafenin kababçısı Bəhram Cəfərovla müştərisi, Quba şəhər sakini, 1986-cı il təvəllüdlü Səxavət Zalı oğlu Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zəminində kababçı müştərini bıçaqlayıb.

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan report-a verilən məlumata görə, S.Hüseynov sağ qabırğaaltı nahiyəsinin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Report hadisənin hansı səbəbdən baş verdiyini araşdırıb. Məlum olub ki, kafenin daimi müştərisi olan Səxavət Hüseynov kabab sifariş verib və stola gələn kababı bəyənməyib. O, kafenin sahibini çağırıb və şikayət edib. Kafenin müdiri kababçını çağıraraq hər kəsin önündə danlayıb. Bundan qəzəblənən kababçı daha sonra müştəriyə yaxınlaşıb və onunla mübahisə edib. Mübahisə zəminində S.Hüseynov bıçaqlanıb.

Qeyd edək ki, kafenin kababçısı əvvəllər məhkum olunub.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930