atatv.az
atatv.az

"İnter"dən rekord gəlir

6-11-2018, 20:23

"İnter"dən rekord gəlir

İtaliyanın "İnter" klubu Çempionlar Liqasının qrup mərhələsinin IV turunda evdə qarşılaşacağı İspaniya "Barselona"sı ilə matçın bilet satışından rekord gəlir əldə edib.

Atatv.Az report.az-a istinadən xəbər verir ki, Milan təmsilçisi sözügedən oyunun bilet satışından 5.8milyon avro qazanıb. Bu isə İtaliya futbolu üçün rekord göstərici hesab olunur.

"Roma" ötən mövsüm Çempionlar Liqasının yarımfinalında İngiltərə "Liverpul"u ilə matçda bilet satışından 5.2 milyon avro əldə edib. Həmçinin ötən mövsüm "İnter" - "Yuventus" duelində də eyni məbləğ qeydə alınıb.

Qeyd edək ki, bu gün keçiriləcək "İnter" - "Barselona" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930