atatv.az
atatv.az

Gürcüstanda əcnəbilərə yaşayış icazəsinin verilməsi tələbləri sərtləşdirilir

6-11-2018, 20:25

Gürcüstanda əcnəbilərə yaşayış icazəsinin verilməsi tələbləri sərtləşdirilir

Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsində "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu" haqqında qanuna nəzərdə tutulan düzəlişlər ikinci oxunuşda müzakirə olunub.

Atatv.Az report-a istinadən bildirir ki, hakim Gürcü Arzusu Partiyası tərəfindən hazırlanmış qanun layihəsi ilə ölkədə əcnəbilərə yaşayış icazəsinin verilməsi tələbləri sərtləşdirilir.

Layihəyə əsasən, xarici vətəndaş Gürcüstanda bir illik müddətə yaşayış icazəsi almaq üçün 100 min dollara yaxın dəyəri olan daşınmaz əmlak almalıdır. Mövcud qanunvericiliyə əsasən, bu məbləğ ən azı 35 min dollar təşkil edir. Əcnəbi daşınmaz əmlakı satacağı və ya digər şəxsə verəcəyi təqdirdə, yaşayış icazəsi haqqında sənəddən məhrum ediləcək.

Bununla yanaşı, Gürcüstanda yaşayış izninin alınması üçün investisiyaların minimal həcmi 300 min lari əvəzinə, 300 min dollar həcmində müəyyən olunub. Yaşayış icazəsi haqqında sənəd qeyri-müəyyən müddətə deyil, yalnız 5il müddətinə təqdim olunacaq.

Əcnəbi vətəndaşa illik dövriyyəsi lari ekvivalentində 120 min dollar təşkil edəcəyi halda da 5 illik yaşayış icazəsi verilə bilər.

Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, 2012-2016-cı illərdə Gürcüstanda 70 min əcnəbi yaşayış icazəsi alıb. Onların da 10 min nəfərini tələbələr təşkil edir. Qeyri-rəsmi məlumatlara görə, ölkədə, təxminən, 100 minə yaxın xarici vətəndaş qanunsuz yaşayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031