atatv.az
atatv.az

Şəhid polislərə niyə birdəfəlik ödəniş verilmir? - AÇIQLAMA

7-11-2018, 19:21

Şəhid polislərə niyə birdəfəlik ödəniş verilmir? - AÇIQLAMA

"Birdəfəlik ödənişin şəhid polis vərəsələrinə verilməsi nəzərdə tutulmayıb".

Atatv.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sosial təminat siyasəti şöbəsinin müdiri Himalay Məmişov mətbuat konfransında deyib. O, bildirib ki, qanunvericiliyə uyğun olaraq hərbi qulluqçu hərbi toplanışda olmuş şəxslər sayılır:

"Ödənişin şəhid polislərə verilməsi nəzərdə tutulmur. Daxili qoşunlarda xidmət edən polislərin isə bu ödəməni almaq hüququ var.

Bundan başqa qeyd edim ki, şikayət edən bir qisim vərəsələrin müraciətlərinə baxılan zaman məlum olub ki, həmin vərəsələrin qeyd etdiyi hərbi qulluqçunun adı sistemdə var və onlar birdəfəlik ödəməni ala bilərlər"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829