atatv.az
atatv.az

Amaliya Pənahova vəfat etdi - YENİLƏNİB

8-11-2018, 10:16

Amaliya Pənahova vəfat etdi - YENİLƏNİB

10:07

Xəbəri Trend-ə Mədəniyyət Nazirliyindən təsdiqləyiblər.

-----------

09:57

Xalq artisti Amaliya Pənahova vəfat edib.

Atatv.Az xəbər verir ki, bu barədə Əməkdar artist Hüsniyyə Mürvətova məlumat yayıb. O, sosial şəbəkə hesabından bunları yazıb:

"Bu səhərimiz çox ağır xəbərlə açıldı. Amaliya xanım... Əlim gəlmir yazmağa".

Qeyd edək ki, əməkdar artist profilinə də xalq artistinin fotosunu əlavə edib.

Amaliya Pənahova 1945-ci ildə anadan olub. O, Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930