atatv.az
atatv.az

Azərbaycan Respublikasının Dövlət Bayrağ Günü !

9-11-2018, 16:15

 Azərbaycan Respublikasının Dövlət Bayrağ Günü !

Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918 ci il noyabrın 9 -da Azərbaycan Demokratik Cumhuriyyətinin qərarı ilə qəbul edilmişdir.Sovet hakimiyyəti dövründə bayraqdan imtina edilib.Daha sonra üç rəngli bayrağımız 1990 -cı il noyabrın 17 də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir.
Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqlü zolaqdan ibarətdir.Yuxarı zolaq mavi orta zolaq qırmızı aşağı zolaq yaşıl rəngdədir, və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkiz guşəli ulduz təsvir edilmişdi.Bayrağın enini n uzunluğuna nisbəti 1:2-dir.
Prezident İlham Əliyev 2007 -ci il noyabrın 17 də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə 2009 -cu ilin noyabrında isə Dövlət Bayrağı gününü təsis edilməsi haqqında sərəncam imzalamışdır.Hər il noyabrın 9 -da Respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur Bu gün Azərbaycan Mərkəzi Bakıda 162 metr hündürlüyündəki bayrağımızın yerləşdiyi meydan böyüyümüzün ,kiçiyimizin ,qardaş və bacılarımızın and yeri müqəddəs məkanı,vətən məbədidir.
Millət və dövlət kimi varlığımızın sübutu atalarımızın əmanəti olan uğurunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızdır.Sevirik və bundan sonrada sevməliyik.Onu bundan sonrada son damla qanımıza qədər qoruyacaq və uca tutacağıq . Namusumuz ,qeyrətimiz, şöhrətimiz olan bayrağımız ucaldıqca biz də ucalacağıq .Azərbaycan Bayrağı daim sülh səmasında dalğalanacaqdır.
Bütün Azərbaycan xalqını Azərbaycan Dövlət Bayrağı Günü Münasibəti ilə AtaTv.az xəbər portal adından təbrik edirik.

Hazırladı:Cəfərzadə Mehparə

AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930