atatv.az
atatv.az

Yol polisi mobil telefondan istifadə edə bilərmi? - Vaqif Əsədov açıqladı

12-11-2018, 17:23

Yol polisi mobil telefondan istifadə edə bilərmi? - Vaqif Əsədov açıqladı
Yol polisi əməkdaşlarının xidmət zamanı mobil telefondan istifadə etməsi qanunazidd deyil.

Atatv.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, xidmətdə olan zaman Dövlət Yol Polisi əməkdaşları mobil telefondan lazım olan informasiyaların ötürülməsi üçün istifadə edirlər.

Bölmə rəisinin sözlərinə görə, inspektorlar bəzən bir-birilərinə informasiyanı mobil telefon vasitəsilə çatdırırlar və bu da qeyri-qanuni hal deyil:

"Bəzən vətəndaş elə hesab edir ki, yol polisi əməkdaşı xidmətdə olan zaman mobil telefondan istifadə edə bilməz. Ancaq elə hallar olur ki, danışıq vaxt aparır və ona görə də radiocihazın xəttini məşğul etməmək üçün inspektorlar mobil telefondan istifadə edirlər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930