atatv.az
atatv.az

Kürdəmirdə kişi arvadını bıçaqladı

13-11-2018, 11:20

Kürdəmirdə kişi arvadını bıçaqladı

Kürdəmirdə kişi həyat yoldaşını bıçaqlayıb.

Atatv.Az Trend-ə istinadən bildirir ki, rayonun İsmət Qayıbov küçəsində baş verib.

Həmin küçədə kirayədə yaşayan 1986-cı il təvəllüdlü Babayev Anar Qəhrəman oğlu şəxsi münasibətlər zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Babayeva Dursədəf Əmirşah qızını mətbəx bıçağı ilə bel nayihəsi, qarın boşluğu və bədənin digər hissələrindən bir neçə dəfə bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə Kürdəmir Rayon Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən A.Babayev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930