atatv.az
atatv.az

Şamaxı Rəsədxanası ilə Rusiyanın Astronomiya İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə edilib

13-11-2018, 21:30

Şamaxı Rəsədxanası ilə Rusiyanın Astronomiya İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri, dosent Canməmməd Rüstəmov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin P.K.Şternberq adına Dövlət Astronomiya İnstitutunda elmi ezamiyyətdə olub.

Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, şöbə müdiri, dosent Canməmməd Rüstəmov keçirdiyi görüşlərdə Azərbaycanda buraxılması nəzərdə tutulan nanopeyklər, P.K.Şternberq adına Dövlət Astronomiya İnstitutunda fəaliyyət göstərən MASTER proqramına qoşulmaq imkanları və Volf-Raye tipli ulduzların tədqiqi ilə bağlı müzakirələr aparıb.

Canməmməd Rüstəmov, həmçinin Astronomiya İnstitutunun görkəmli alimləri М.Proxorov, М.Lipunov, О.Silçenko, A.Çerepaşuk ilə görüşlər keçirib, onlarla əməkdaşlıq məsələlərini müzakirə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031