atatv.az
atatv.az

Prezident İlham Əliyev Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunu təsdiq edib

14-11-2018, 20:00

Prezident İlham Əliyev Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunu təsdiq edib

Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyi ilə Çili Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Atatv.Az AZƏRTAC-a istinadən bildirir ki, Anlaşma Memorandumu 2018-ci il sentyabrın 13-də Santyaqo şəhərində imzalanıb.

Fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Xarici İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinə tapşırılır ki, Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çili Respublikası Hökumətinə bildiriş göndərsin






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031