atatv.az
atatv.az

"BDU-da tələbələr soyuqdan xəstələnir..."

15-11-2018, 16:35

"BDU-da tələbələr soyuqdan xəstələnir..."

Bakı Dövlət Universitetinin auditoriyalarında tələbələr soyuqdan donur. Havalar soyuq keçsə də, universitetin qazanxanaları işə salınmadığından dərslərdə əziyyət çəkirik.

Atatv.Az bildirir ki, bu şikayətlə virtualaz.org-a Ələkbər adlı oxucu müraciət edib. Onun sözlərinə görə, havalar soyuq keçdiyindən tələbələr xəstələnir: "Universitet rəhbərliyi isti otaqlarda oturublar, tələbələrdən xəbərləri yoxdur. Universitetin reytinqini bu üsulla qaldırmaq istəyirlər?", - deyə şikayətçi sual edir.

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə artıq dünəndən auditoriyalara istiliyin verildiyini dedi: "Həmişə noyabr ayının 15-dən qış rejiminə keçilir. Bu mövsümdə isə dünəndən istilik verilib. Yəni universitetdə istilik var, heç bir problem yoxdur", - deyə P. İbrahimova bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930