atatv.az
atatv.az

Gürcüstan - Azərbaycan oyununun hakimləri açıqlandı

16-11-2018, 19:40

Gürcüstan - Azərbaycan oyununun hakimləri açıqlandı

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Gürcüstan - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Atatv.az goal.az-a istinadən xəbər verir ki, oyunları Gürcüstanda keçirilən 1-ci qrupun II turunun sabah baş tutacaq görüşünü Litva və Belçikadan olan hakimlər idarə edəcək.

Qarşılaşmanın baş hakimi Donatas Rumsas və köməkçilərdən biri - Aleksandr Radius Litva təmsilçiləridir. Digər yan xətt hakimi Karel De Roker və dördüncü referi Erik Lambrext isə Belçikadandır.

Qeyd edək ki, Tiflisdəki Mixail Mesxi adına stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031