atatv.az
atatv.az

“Şikayət edib ağlamaq istəmirəm” - Xalq artisti

19-11-2018, 11:07

“Şikayət edib ağlamaq istəmirəm” - Xalq artisti

"Hamımızın səhhətində problem var. Belimə görə iki gündür terapiya qəbul edirəm. Şikayət edib ağlamaq istəmirəm. Hərdən razılaşırsan, insan yetişir, öz-özünə deyir ki, bəs mən haçan öləcəm? Allah mənə 80 il yaşamağa icazə veribsə, demək ki, 7 il yarım vaxtım qalıb. Yox, Allah mənə 85 yaş nəsib edirsə, daha çox yaşamağa vaxtım var".

Atatv.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "X maqazin" proqramına açıqlamasında xalq artisti Rafael Dadaşov deyib. Məşhur aktyor bildirib ki, sevginin stressindən şeir yazmağa başlayıb:

"Sevən insan o, həm şair, həm rəssam, həm müğənni və bəstəkardır. İnsanda hər şey olur. Sevgi insanı bu dərəcəyə çatdırır. Mən sevgi və məhəbbətin stressindən şeir yazmağa başlamışdım. İndiyədək yazmışam. Qəlbim dolu olur, onları kağıza boşaltmaq istəyirsən. Sevmək başqa, vurulmaq başqadır. O vaxtlar mənə vurulan çox idi. Bunu mən yox, xanımlar etiraf edirlər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930