atatv.az
atatv.az

"Milli Şura"nın qanunsuz yürüşü ilə bağlı həbs edilənlərdən 4-ü azadlığa buraxılıb

19-11-2018, 13:05

"Milli Şura"nın qanunsuz yürüşü ilə bağlı həbs edilənlərdən 4-ü azadlığa buraxılıb

Özünü "Milli Şura" adlandıran qurumun qanunsuz yürüşü ilə bağlı həbs edilən şəxslərdən 4 nəfər cərimələnərək azadlığa buraxılıb.

Atatv.Az Trend-ə istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs edilən Ramid Nağıyev və Sərdar Qubadsoy 400 manat, Fatimə Mövlamova və Nurlan Ribli isə 500 manat məbləğində cərimələnib.

Onlar məhkəmə iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvü Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq, özlərinin adlandırdıqları "Meydan hərəkatı"nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər. Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınıb və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilib. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930