atatv.az
atatv.az

Prezident İlham Əliyev FHN Akademiyasına yeni rəis təyin etdi

20-11-2018, 20:07

Prezident İlham Əliyev FHN Akademiyasına yeni rəis təyin etdi

Prezident İlham Əliyev Pənah Süleymanovun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Atatv.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Pənah Hüseyn oğlu Süleymanov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Baba Hacı-Baba oğlu Salayev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilib.

Hər iki sərəncam imzalandığı gündən qüvvəyə minir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930