atatv.az
atatv.az

Bakıda keçiriləcək Avropa Liqasının finalında VAR sistemi tətbiq oluna bilər

21-11-2018, 14:11

Bakıda keçiriləcək Avropa Liqasının finalında VAR sistemi tətbiq oluna bilər

UEFA bu mövsüm avrokubok matçlarında videotəkrar sistemini (VAR) tətbiq etmək istəyir.

Atatv.az "The Times"a istinadən xəbər verir ki, dekabrın 3-də keçiriləcək qurumun Təşkilat Komitəsinin iclasında Çempionlar Liqasının 1/8 final mərhələsindən etibarən VAR sisteminin tətbiq edilməsi qərarının qəbulu gözlənilir.

Bundan əlavə, VAR sistemi iyun ayında keçiriləcək Millət Liqasının final turnirində də sınaqdan keçiriləcək.

Bu sistemin UEFA Avropa Liqasında isə növbəti mövsümdən etibarən tətbiq olunması nəzərdə tutulur. Qurum yalnız bu mövsüm Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalında VAR sistemindən istifadə edə bilər.

Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930