atatv.az
atatv.az

Prezident İlham Əliyev Türkmənistanda rəsmi səfərdədir - YENİLƏNİB - FOTO

21-11-2018, 18:47

Prezident İlham Əliyev Türkmənistanda rəsmi səfərdədir - YENİLƏNİB - FOTO

18:31

Prezident İlham Əliyev Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub.

Atatv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 2017-ci ildə Aşqabadda keçirilən qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının ən əsas idman obyektləri bu Kompleksin ərazisində yerləşir.

Ümumi ərazisi 157 hektar olan Olimpiya Kompleksində qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının açılış və bağlanış mərasimləri, bütün yarışlar, o cümlədən mükafatlandırma tədbirləri təşkil olunub. Kompleksdə ümumilikdə 30-dan çox müxtəlif təyinatlı idman qurğusu, həmçinin 45 min tamaşaçı tutumu olan Olimpiya stadionu, paralimpiya kompleksi və tibbi bərpa mərkəzi yerləşir.

Ərazidə, eyni zamanda, üzgüçülük arenası, voleybol, basketbol, futbol meydançaları, Olimpiya kəndi, qapalı velotrek, döyüş sənəti üzrə idman kompleksi, yüngül atletika arenası və tennis kortu, eləcə də idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün çoxfunksiyalı zal inşa olunub.

Aşqabad Olimpiya Kompleksində, həmçinin biznes-mərkəz, mehmanxanalar və sağlamlıq mərkəzi də fəaliyyət göstərir.

----------

17:39

Prezident İlham Əliyev Aşqabadda "Xalq xatirəsi" memorial kompleksini ziyarət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Aşqabadda "Xalq xatirəsi" memorial kompleksini ziyarət edib.

Kompleksdə 1948-ci ildə baş vermiş zəlzələ zamanı həyatlarını itirmiş və Göytəpə döyüşlərində şəhid olmuş insanların xatirəsinə abidələr ucaldılıb.

Atatv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev "Əbədi şöhrət" abidəsinin önünə əklil qoydu.

Sonra dövlətimizin başçısı "Vətən müqəddəsliyi" muzeyi ilə tanış olub.

Muzeydə Göytəpə döyüşlərinin maketi quraşdırılıb, eyni zamanda, Göytəpə qalası, həmin döyüşlərin qəhrəmanları, döyüşlər zamanı istifadə olunan silah və libaslar, həmçinin digər eksponatlar nümayiş olunur.

Dövlətimizin başçısı 1881-ci ildə baş vermiş Göytəpə döyüşlərinin instalyasiyasına baxdı. Muzeydə, eyni zamanda, İkinci Dünya müharibəsi, onun qəhrəmanları, həmçinin həmin müharibə zamanı hərbçilərin istifadə etdikləri geyimlər, silah-sursat və digər eksponatlar sərgilənir.

Muzeyin növbəti bölməsi 1948-ci ildə Aşqabadda baş verən zəlzələyə həsr olunub. Burada həmin zəlzələ zamanı dağılan binaların qalıqları təqdim edilir.

Türkmənistanın inkişafına həsr olunan bölmədə müasir Aşqabadın görkəmini əks etdirən fotolar nümayiş etdirilir.

Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı.

--------
16:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gedib.

Atatv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək vəzifəli şəxslər qarşıladılar.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930