atatv.az
atatv.az

Bakıda daha bir avtobus qəzası: yaralılar var

22-11-2018, 11:48

Bakıda daha bir avtobus qəzası: yaralılar var

Bakıda marşrut avtobusu qəza törədib.

Atatv.Az open.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Nardaran qəsəbə sakini Elçin Quliyevin idarə etdiyi "Saipa" markalı, 99 GE 186 dövlət qeydiyyat nişanlı avtomobil, Maştağa qəsəbə sakini Hüseynəli Quliyevin idarə etdiyi "İsuzu" markalı 90 RU 295 nömrəli dövlət qeydiyyat nişanlı, 168 saylı xətt üzrə fəaliyyət göstərən marşrut avtobusu ilə toqquşub.

Qəza nəticəsində marşrutun sürücüsü və avtobusda olan sərnişinlər - 1991-ci il təvəllüdlü Fatma Hafizova, 1987-ci il təvəllüdlü Çinarə Aslanova, minik avtomobilin sürücüsü və maşınla olan sərnişinlər - 1976-cı il təvəllüdlü Xuraman Rzayeva, 2009-cü il təvəllüdlü Elxan Aslanzadə, qardaşı - 1991-ci il təvəllüdlü Allahverdi Aslanzadə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031