atatv.az
atatv.az

Beyləqan icra başçısı iki məmuru vəzifədən aldı

22-11-2018, 12:36

Beyləqan icra başçısı iki məmuru vəzifədən aldı

Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytən Mirzəyeva ilə Beyləqan Təhsil şöbəsinin müdiri Xurman Rüstəmovanı işdən çıxardıb

AzFakt.com-a daxil olan məlumatda İcra başçısının adı çəkilən şəxslərin işdən azad olunması ilə bağlı qərarı bu gün verdiyi qeyd edilir.

Məlumata görə Xuraman Rüstəmovanın Təhsil İdarəsinin müdiri vəzifəsindən uzaqlaşdırılmasına səbəb rayonda təhsilin keyfiyyətinin və davamiyyətin zəif olması ilə əlaqədardır. Görünür bu məqam yeni icra başçısı Asif Ağayevin diqqətini çəkib.

Xatırladaq ki, prezident İlham Əliyev tərəfindən Beyləqan rayonuna İcra başçısı təyin edilən Asif Ağayev ilk günlərdən kadr islahatları aparmaqdadır.

Aytən Mirzəyevanın işdən çıxarılma səbəbi hələ ki, açıqlanmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031