atatv.az
atatv.az

Antalyada avtobus aşdı: ölən və yaralananlar Suriya qaçqınlarıdır

23-11-2018, 11:29

Antalyada avtobus aşdı: ölən və yaralananlar Suriya qaçqınlarıdır
Türkiyənin Antalya vilayətində sərnişin avtobusu aşıb.

Atatv.Az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı 1 nəfərin öldüyü, 26 nəfərin isə xəsarətlər aldığı deyilir.

Məlumata görə, xəsarət alanlar Suriya qaçqınları olub. Aralarında qadın və uşaqların olduğu bildirilir.

Bütün yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, təkcə ötən ay Türkiyədə 35 461 yol-nəqliyyat hadisəsi baş verib və bu qəzalarda 306 nəfər həyatını itirib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031