atatv.az
atatv.az

Elman Nəsirov: "Azərbaycan Prezidentinin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin inkişafı tarixində yeni səhifə açdı"

23-11-2018, 16:09

Elman Nəsirov: "Azərbaycan Prezidentinin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin inkişafı tarixində yeni səhifə açdı"

"Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin inkişafı tarixində yeni səhifə açdı".

Atatv.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, səfər çərçivəsində rekord sayda sənədlər imzalandı:

"Söhbət 21 strateji əhəmiyyətli sənəddən gedir. Nəticə etibarilə ikitərəfli münasibətlərimizin konkret sahələrdə inkişafı üzrə stimul yarandı. Bir il öncə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı iki ölkə arasında 14 sənədin imzalanması və bütövlükdə ikitərəfli münasibətlərin hüquqi normativ bazasını təşkil edən sənədlərin sayının 68-ə çatması onu göstərir ki, Bakı-Aşqabad münasibətlərinin həm siyasi, həm iqtisadi, həm humanitar, həm də enerji və nəqliyyat təhlükəsizliyi sahələrində inkişafı üçün unikal imkanlar yaranıb. Bununla yanaşı, dövlət başçılarının imzaladığı birgə bəyanat bir daha göstərdi ki, fundamental məsələlərdə, yəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Aşqabadın dəyişməz və prinsipial mövqeyi var. Bu da ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllini tapmalıdır. Bu bizim üçün olduqca vacib bir məqamdır".

E.Nəsirov qeyd edib ki, bu gün iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial var:

"2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 164,1 milyon dollar təşkil edib. Bundan 54,1 milyon dolları Azərbaycanın Türkmənistana ixracatıdır, 110 miyon dollar isə Türkmənistandan məhsullar idxal etmişik. Lakin dövlət başçıları da vurğuladı ki, iqtisadi əlaqələrimizin inkişafı üçün daha böyük imkan və potensial var, bu əlaqələrin genişləndirilməsinə xüsusilə nəqliyyat, tranzit, logistika sahələrində atılan addımlar əlverişli imkan yaradır".

Deputatın sözlərinə görə, ümumilikdə bu səfər bir daha göstərdi ki, Azərbaycanla Türkmənistan arasında həllini tapa bilməyən məsələ yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031